“Onlar xanım yox, fahişədirlər” – Nadir müğənnilər haqda sərt danışdı

15:17 | 4 Mart, 2019
Müğənni Nadir Qafarzadə “Oğluma müğənni qız almaram” sözlərinə münasibət bildirib.
Editor.az-ın məlumatına görə, sənətçi lent.az-ın canlı yayımında bildirib ki, evinə müğənni gəlin buraxmaz:
“Müğənni qızı evimə necə gətirim? Qısa yubka, harasına kimi yarığı olan qızı evimə necə gətirim? Bunu bütün kişilər gördü da, oğluma nə qaldı? Qaşları harda, üzü nə cür – yadplanetlilərə oxşayırlar. Ona necə gəlin gözü ilə baxım? Yaşlıları başa düşdük, bu cavanlara nə olub? Geyimlərinə fikir versinlər. Oğlum dağlıdır, başqa cür xasiyyəti var. Hər şeyi biləndir. Onun üzünü heç görən olub? Efirə də çıxmır. İstəyir toyunda heç şou-biznes olmasın”.
Qafarzadə “Yeni gələnlərə kömək edirsiz” sualına əsəbi cavab verib:
“Onlara nə kömək olum? Day-dayları kömək olur. Gedib kabinetdə oturacaq, kömək alacaq. “Kabinet ulduzu” olublar. Onlar sənət üçün yox, kişi axtarmağa gəlib. Loxun birin tapacaq, maşın ev alacaq. Onlarınkı başqa sənətdir”.
“Niyə müğənnilərə evyıxan deyirlər” sualına Nadir belə münasibət bildirib:
“Mənim arvadım da xanım, o da? Qadındırlar, xanım yox. Bioloji qadın doğulur, fahişəyə də xanım deyirlər. Mənim anam da xanım, o da. Xanım sözünü qarışdırmayın, əsl xanımları təhqir edirsiniz. Azərbaycan xanımını siması, mədəniyyəti, geyimi ilə daşıyanları təhqir edirsiniz. Onlar özlərini elə təqdim edir. Bir-birinin ərini əlindən alırlar. Kişi qəhətdir? Başqasının bədbəxtliyindən özünə xoşbəxtlik edirsən. Get subay, dul biri ilə evlən. Gedib ev yıxır, cənnət qoxulu qadını fahişəyə dəyişir”.
Nadir çörək bişirib satan bacısından da danışıb:
“Çörək bişirir, qoyun saxlayır, döşək salırıq. Əsl azərbaycanlıyıq. Halal yolla pul qazanırıq. İndi gələcək nəsil nə olacaq? Ərəb turistlərdən doğulan nəsil gəlir”.