backend

Azər Süleymanov özünü niyə İsmət Abbasova oxşadıb? – qəfil toplantının təfərrüatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azər Süleymanov özünü niyə İsmət Abbasova oxşadıb? Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti rəisi Azər Süleymanovun əlil olması faktının üzə çıxması müzakirələrə səbəb olub
baş baytar Xidmətdə keçirdiyi qeyri-rəsmi toplantıda işçilərə ümumi açıqlama verib.
Azər Süleymanov əlil olmasının mətbuata çıxmasından narahat olmadığını deyərək vəzifəsində qalacağını söyləyib. İddia olunur ki, Xidmət rəisi buna misal kimi sabiq kənd təsərrüfatı naziri, baş nazirin müavini İsmət Abbasovu işçilərinə göstərib.
A.Süleymanovun özlərinə görə, İ.Abbasovun da bir böyrəyi var, amma prezident onu işdən azad etməyib. Xidmət rəisi əslində, həqiqəti söyləyib. Ancaq onun böyrəyini öz övladına verdiyi də sirr deyil və olduqca humanist, bir atanın atacağı addımı atıb.
Dövlət Baytarlıq Xidməti rəisi isə əlil olduğu halda vəzifəyə gətirilib və özünü İ.Abbasova oxşadaraq işçilərinə bildirib ki, postunu tərk etməyəcək.
Ancaq I qrup əlil olan bir şəxsin Dövlət Baytarlıq Xidmətinin rəisi işləməsi anlaşılmazdır. İddia olunur ki, A.Süleymanov bu məsələni ictimaiyyətdən gizli saxlayıb.
baytarların peşəkarlığının artırılması istiqamətində təşkil olunan seminarlardan pul silməyi haqda informasiya da onu narahat edib.
Məlumata görə, hər il beynəlxalq donorlar Azərbaycanda baytarlar üçün təlimlər keçir, seminarlar təşkil edir.
Bu donorların təşkil etdiyi konfranslara ayrılan qrantlara nəzarət etmək isə A.Süleymanovun səlahiyyətində deyil. Ona görə də Xidmət rəisi seminarlardan maxinasiyalar yetmək üçün baş sındırırdı. Artıq A.Süleymanov analoqsuz metod tapıb.
Belə ki, hər il Qərb zonasının regional mərkəzi olan Gəncədə təşkil edilən tədbirlər bu dəfə Göygöldə olub. Buna səbəb də A.Süleymanovun Göygöldən olmasıdır.
DBX rəisi Göygöldə yerləşən “Karusel” istirahət mərkəzində baytarlar üçün təlim təşkil etdirib. Çünki iddialara görə, həmin istirahət mərkəzi baş baytara məxsusdur.
Bura gələn baytarların qalması, yemək-içməyi onun restoranına xeyir verir. Beləcə, beynəlxalq təşkilatların qrantları bu şəkildə baş baytarıb cibinə gedir.
Qarşı tərəfi dinləməyə hazırıq.
//Ulus.Az