Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edirbackend

Gənclər Fondu “Avropa Şurasının 70 illiyinə həsr olunmuş İnşa Yazı Müsabiqəsi” elan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsabiqənin əsas məqsədi Avropa Şurasına üzv olan 47 ölkədə yaşayan 840 milyon insanı birləşdirən ümumi dəyərlər və mədəniyyəti əks etdirən gənc nəslin gələcəyin Avropalısını necə təsəvvür etdiyinə dair fikirlərin bölüşməsidir.

“Gələcəyin Avropalısını təsəvvür edərkən” mövzusu çərçivəsində Avropa Şurasının əsas missiyalarından olan insan hüquqları, demokratiya və hüququn aliliyi mövzularına da toxunulması mümkündür. Müsabiqədə 14-18 yaş arası Azərbaycan vətəndaşları iştirak edə bilər. Qalib 2019-cu ilin payızında Fransanın Strasburq şəhərində Avropa Şurasının 70 illik yubileyinə həsr ediləcək mərasimə dəvət olunaraq xüsusi diplomla təltif olunacaq.

Qalibin səfər xərcləri (yol və yaşayış) Avropa Şurası tərəfindən qarşılanacaq. İkinci və üçüncü yerin qalibləri isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən mükafatlandırılacaq.

Müraciət tarixi: 5- 24 mart

Ətraflı məlumat üçün: https://youthfoundation.az/45334

//Editor.az