Yataqxanadakı yanğında xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır – Nazirlikbackend

Yataqxanadakı yanğında xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.
Bu barədə Editor.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.