Ana və qızının öldüyü qəzanın baş verdiyi an – Videobackend

Ana və qızının öldüyü qəzanın baş verdiyi an – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib. 
Editor.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ana və qızının ölümü ilə nəticələnən qəza anının görüntülərini əldə edilib.
Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar – 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər.
Bakı-Qazax avtomobil yolunda baş verən qəzaya görə “Hyundai Accent”in sürücüsü Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.