Dəhşətli qəzada ölən azərbaycanlıların adları – VİDEObackend

Dəhşətli qəzada ölən azərbaycanlıların adları – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb.

həmin şəxslər aşağıdakılardır:
– 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu
– 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu
– 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu
– 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu
– 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu
– 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu
Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur.

Azərbaycandan Moskvaya gedən mikroavtobusun qəzaya düşməsi nəticəsində altı nəfər ölüb.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, hadisə yerli vaxtla 05:30-da Qafqaz magistralının 252-ci kilometrliyində, Nevinnomıssk rayonunda qeydə alınıb.

Qəza zamanı “Mercedes Vito” və “QAZ-66” markalı avtomobillər toqquşub. Hadisəyə “QAZ-66” markalı avtomobilin qarşı yola çıxması səbəb olub.

Hadisə zamanı altı nəfər ölüb, beş nəfər isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Mikroavtobusun Azərbaycandan Moskvaya doğru hərəkət etdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycandan gedən mikroavtobus qəzaya düşdü: ölənlər var

Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Azərbaycandan Moskvaya sərnişin daşıyan “Mercedes” markalı miniven qarşı yola çıxan “ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır.

//Trend