“Erkən nikah gənclik üçün bəladır”backend

“Erkən nikah gənclik üçün bəladır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında əhali arasında erkən nigahla baglı maarifləndimə işi aparılacaq.
“Erkən nikah gənclik üçün bəladır” layihəsinə start verən “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə reallaşdıracaqları layihə ilə bu əhəmiyyətli problemə diqqət çəkəcəklərinə inanır. Bölgələrdə erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər və maarifləndirmə kampaniyası aparılacaq. Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında fəaliyyət göstərən müxtəlif strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tədbirlər və görüşlər keçiriləcək. Əsas hədəf qrupunu təşkil edən orta məktəb şagirdləri üçün təbliğat xarakterli müxtəlif materiallar hazırlanacaq. Məhz bu rayonlarda erkən nikahla bağlı problemlər ciddi olduğundan layihədən daha çox sayda gəncin faydalanması məqsədilə orta məktəblərdə kütləvi tədbirlərin keçirilməsi təmin ediləcək. Mütəxəssislərin iştirakı ilə hazırlanacaq təbliğat vasitələri, keçiriləcək maarifləndirici tədbirlər, gənclərin erkən nikahların fəsadlarını daha aydın anlamağa, valideyinlərin isə problemin ciddiliyini bilməklə yanaşı onların işin məsuliyyətini dərk etmələrinə yardımçı olacaq. Həmçinin erkən nikahların doğurduğu problemlərlə bağlı ətraflı məlumat almış gənclər bu sahədə ictimai fəalliq göstərmələri üçün təlimatlandırılacaqlar.
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva