Xırdalanda binada yanğın: ölən varbackend

Xırdalanda binada yanğın: ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yanğın olub.
Bununla bağlı Editor.az-a Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.