I sinfə sənəd qəbulunun TARİXİ AÇIQLANDIbackend

I sinfə sənəd qəbulunun TARİXİ AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu il Bakı, Sumqayıt, Gəncə və Abşeronla yanaşı, Mingəçevir, Şirvan, Naftalan, Yevlax və Samux rayonlarında I sinfə qəbul elektron qaydada həyata keçirələcək.
Editor.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
BŞTİ rəsmisi qeyd edib ki, martın 11-də səhər saat 10-da sənəd qəbulu başlayır.
“Məktəbəhazırlıq qruplarında oxumayan uşaqlar üçün sənəd qəbulu mart ayının 13-də start götürəcək. MHQ-nı bitirən uşaqlar üçün isə martın 11-də sistem açıq olacaq”, – müdir müavini əlavə edib.