Putin Mehriban Əliyevanı təbrik etdibackend

Putin Mehriban Əliyevanı təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
Editor.az xəbər verir ki, məktubda qeyd olunur:
“Hörmətli Mehriban Arif qızı, Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirəm. Səmimi qəlbdən arzu edirəm ki, bu əlamətdar bayram Sizi qarşıdan gələn baharın hərarəti, yaxınlarınızın və dostlarınızın diqqəti və qayğısı ilə sevindirsin.
Sizə həyat yolunuzda daim uğurlar və nailiyyətlər, evinizdə sevgi və firavanlıq ab-havası diləyirəm. Möhkəm cansağlığı və ən xoş arzularımı qəbul edin”.
Rusiya Hökumətinin sədri Dmitri Medvedev də Mehriban Əliyevanı 8 Mart münasibətilə təbrik edib.