Baş Polis İdarəsindən sabahkı yürüşlə bağlı Xəbərdarlıqbackend

Baş Polis İdarəsindən sabahkı yürüşlə bağlı Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Baş Polis İdarəsi “8 Marş – Zorakılığa Qarşı Get” yürüşü ilə bağlı xəbərdarlıq yayıb.

Qurumdan Editor.az-a daxil olan məlumatı olduğu kimi təqdim edirik:

“Sosial şəbəkələrdə özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş – Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər.

Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq”.