Dmitri Medvedev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edibbackend

Dmitri Medvedev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

Təbrik məktubunda qeyd olunur:

“Hörmətli Mehriban Arif qızı.

8 Mart münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və səliqə yaradırlar. Ən başlıcası, onlar doğmalarına və yaxınlarına həmişə öz qəlblərinin hərarətini bəxş edir, onları qayğı və diqqətlə əhatə edirlər.

Qoy bu gözəl bayram əhval-ruhiyyəsi uzun müddət Sizi tərk etməsin.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm”.

//trend