Ukraynada prezidentliyə namizədlərin sayı AÇIQLANDIbackend

Ukraynada prezidentliyə namizədlərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Mərkəzi Seçki Komissiyası Yevgeni Murayev, Dmitri Qnap və Dmitri Dobrodomovun prezidentliyə namizədliklərinin qeydə alınmasını ləğv edib.

beləliklə, prezidentlik uğrunda 39 namizəd yarışacaq.

Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Dövlət başçısı vəzifəsinə əvvəlcə 44 namizəd olub, sonradan 5 nəfər mübarizədən çəkilib. Sosial sorğulara əsasən, son bir neçə ay ərzində prezidentlik reytinqlərinin lideri Batkivşina Partiyasının rəhbəri Yuliya Timoşenko olub, ancaq yanvar ayında şoumen Vladimir Zelenski prezidentlik yarışında onu ötüb. Poroşenkonun reytinqi sorğulara əsasən, təxminən, 20% təşkil edir.

Namizədlərdən heç biri ilk turda 50%-dən çox səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu keçiriləcək.

//report