“Mançester Siti” şokda – Ağır cəza gəlirbackend

“Mançester Siti” şokda – Ağır cəza gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA “Mançester Siti” ilə bağlı araşdırmalara başlayıb.

İngiltərə klubu “Maliyyə Fair-Playı” qaydalarını pozduğu üçün Avropa futbol qurumunun hədəfinə tuş gəlib.
Bununla bağlı Almaniyanın “Der Spiegel” dərgisinin ortaya çıxardığı faktlardan sonra UEFA hərəkətə keçib və araşdırmalara başlayıb.

UEFA-dan bildirilib ki, qurumun araşdırma komissiyası hazırda klubun maliyyə sənədlərini yoxlayır. Avropa mətbuatı araşdırmaların sonunda “Mançester Siti”nin avrokuboklardan kənarlaşdırıla biləcəyini yazıb.

İngiltərə klubu isə iddiaları təkzib edir: “UEFA-nın maliyyə məsələləri ilə bağlı ittişamları yalnışdı. Klubun maliyyə hesabatları tamamilə qaydasındadı”.

//fanat.az