Rusiyanın Ermənistandakı hərbi bazasında qan töküldübackend

Rusiyanın Ermənistandakı hərbi bazasında qan töküldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ermənistandakı bazasının hərbçisi bıçaqlanıb.

Məlumata əsasən, 22 yaşlı hərbçi Racan Kajimirov döş boşluğundan bıçaqla yaralanıb. O, gecə 01:30 radələrində Gümrü xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin baş vermə səbəbi araşdırılır, günahkarlar müəyyənləşdirilir.

Qeyd edək ki, 22 yaşlı Rusiya vətəndaşı Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsində qulluq edir.

//Sputnik Azərbaycan