Latviya prezidenti Avropanı Rusiyaya qarşı birləşməyə çağırdı

14:04 | 10 Mart, 2019

Latviya prezidenti Raymond Veyonis Rusiyanın qabağını almaq üçün Avropa ölkələrinə çağırış edib.

Onun Almaniyanın “Şpigel” nəşrinə müsahibəsində dediyi sözlərə görə, Rusiya son zamanlar geosiyasi məqsədlərinə çatmaq üçün təcavüzkar siyasət yürüdür.

“Biz qonşuyuq və ümumi iqtisadi maraqları bölüşürük. Lakin digər tərəfdən sayıqlığımızı itriməməliyik. Bizə etibarlı qabaqlayıcı amil lazımdır”, – deyə o vurğulayıb.

Veyonis qeyd edib ki, Avropa vahid olmasa, Rusiya qitə ölkələrinin birinə hücum edə bilər.

//Oxu.az