Azərbaycanda bədbəxt hadisə: Yaxınları gənc qadını asılmış vəziyyətdə tapdıbackend

Azərbaycanda bədbəxt hadisə: Yaxınları gənc qadını asılmış vəziyyətdə tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Salyan rayonunda gənc qadın intihara cəhd edib.
Editor.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1994-cü il təvəllüdlü Günel İsmayıl qızı Tağıyeva özünü yaşadığı evin həyətindəki yarımtikilidə asıb. Onu asılmış vəziyyətdə görən ailə üzvləri dərhal xəstəxanaya çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, G.Tağıyevanın vəziyyəti ağırdır.
 Ailəli olan gənc qadının hansı səbəbdən intihara cəhd etməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.