Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edirbackend

Azercell ödənişsiz göz müayinələri təşkil etməyə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC hər zaman fəaliyyətində sosial layihələrə xüsusi yer ayırır.
Azercell-in dəstəyi ilə 2011-ci il iyun ayının 1-də yaradılan “Mobil Göz Klinikası” bu layihələrdən biridir. Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin müayinəsinin təşkilini və profilaktikasının aparılmasını təmin etmək məqsədilə yaradılan “Mobil Göz Klinikası”nın xidmətlərindən eyni zamanda ahıllar, aztəminatlı ailələr və məcburi köçkünlər də yararlanır. Bu ilin fevral ayında klinikanın həkimləri Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşviq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə səfər ediblər. Layihə çərçivəsində  25 uşaq oftalmoloji müayinədən keçib. Ehtiyacı olan şəxslərə lazımi müalicə yazılıb və müvafiq eynəklər təyin edilib.
Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətə başladığı gündən “Mobil Göz Klinikası” paytaxt Bakı daxil olmaqla Azərbaycanın əksər rayonlarda yerləşən uşaq və ahıllar evlərini, məktəbləri gəzib və 7500-ə yaxın şəxsə xidmət göstərib. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində Azercell “Mobil Göz Klinikası”nda 1368 nəfər müayinədən keçib.