Elmira Süleymanova azərbaycanlı jurnalistlərlə bağlı Rusiya ombudsmanına müraciət etdibackend

Elmira Süleymanova azərbaycanlı jurnalistlərlə bağlı Rusiya ombudsmanına müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib.

müraciətdə kütləvi informasiya vasitələrində Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun sosial şəbəkələrdə ictimai çıxışları səbəbindən izlənilməsi, təqib olunması, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu ilə bağlı məlumatlar verildiyi, bununla yanaşı digər azərbaycanlı jurnalist, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru, Mətin Yaşaroğlunun xidməti vəzifələrini yerinə yetirərkən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi diqqətə çatdırılıb.

Müvəkkil E.Süleymanova yuxarıda göstərilən faktların yoxlanılmasını, habelə adı çəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq kovensiyalarda və Rusiya Federasiyası qanunvericiliyində təsbit olunmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsini Rusiyanın ombudsmanından xahiş edib.

//Trend