“Türk Hava Yolları” satılır? – Şirkətdən RƏSMİ CAVAB

17:50 | 11 Mart, 2019

“Türk Hava Yolları” aviaşirkətinin satışa çıxarılması barədə xəbərlər tamamilə əsassızdır.

bunu “Twitter” səhifəsində şirkətin mətbuat katibi Yahya Üstün yazıb.

Onun sözlərinə görə, şirkətin, eləcə də şirkətin hər hansı bir payının satışı barədə məsələ müzakirə olunmur.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə mətbuatında THY-nin satışa çıxarıldığı barədə məlumatlar yer almışdı.

“Türk Hava Yolları” aviaşirkəti 1933-cü ildə təsis edilib.

//Trend