Səməd Qurbanov: “Azərbaycan və “Qazprombank” əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər”backend

Səməd Qurbanov: “Azərbaycan və “Qazprombank” əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və “Qazprombank” əməkdaşlığın genişləndirilməsi perspektivlərinə malikdirlər.

Bunu Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov “Azərbaycan Respublikası investisiya layihələrinin reallaşdırılması yolunda: “Qazprombank”ın imkanları” mövzusunda biznes-seminarda deyib.

Şura sədri bildirib ki, “Qazprombank”ın Azərbaycanda layihələrin maliyyələşdirilməsində böyük və uğurlu təcrübəsi var.

S.Qurbanov, həmçinin rəhbəri olduğu Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin əməkdaşlığında rolunu qeyd edib və vurğulayıb ki, bu qurum Azərbaycanla Rusiyanın işgüzar dairələri arasında qarşılıqlı əməkdaşlığın dərinləşməsində səmərəli mexanizmdir:

“İşgüzar şuranın müxtəlif sənaye sahələrini təmsil edən 120 üzvü var. Onların arasında həm özəl şirkətlər, həm də dövlət təşkilatları, eləcə də kiçik və orta biznesin nümayəndələri var. İşgüzar şura Rusiyanın “İşgüzar Rusiya” İctimai Birliyi, Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyi, o cümlədən dövlət strukturları, xüsusilə də Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyi kimi tərəfdaş qurumlarla fəal əməkdaşlıq edir”.

Qeyd edək ki, biznes-seminar Azərbaycan-Rusiya İşgüzar Şurası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiyanın “Qazprombank” SC-nin birgə təşkilatçılığı ilə keçirilir.

// Trend