backend

Prezident İlham Əliyev Varşavada "Naməlum əsgər" abidəsini ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib.
Abidənin qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev “Əbədi məşəl”in önünə əklil qoydu, İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etdi.
Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçdi.
 
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 27-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda mətbuata bəyanatlarla çıxış ediblər.
 
iyunun 27-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Prezident İlham Əliyev və Prezident Andjey Duda “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.
“2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Protokol”u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın müdafiə nazirinin müavini Tomaş Ştatlovski imzaladılar.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşanın energetika nazirinin müavini Mixal Kurtika imzaladılar.
“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Polşa Respublikasının İnfrastruktur və Tikinti Nazirliyi və Dəniz İqtisadiyyatı və Daxili Naviqasiya Nazirliyi arasında nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Polşanın infrastruktur və tikinti naziri Andjey Adamçek və dəniz iqtisadiyyatı və daxili naviqasiya naziri Marek Qrubarçek imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Bakı Ali Neft Məktəbi ilə AGH Elm və Texnologiya Universiteti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov və Polşanın Elm və Texnologiya Universitetinin prorektoru Yeje Lis imzaladılar.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti arasında dəmir yolları sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Polşa Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş icraçı direktoru Kşiştof Maminski imzaladılar.
 
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
 
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyunun 27-də təkbətək görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.
 
rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Polşa Respublikasının Prezidenti Andjey Dudanın təkbətək görüşü keçirilib.
 
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub.
 
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəldi.
Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olundu.
Azərbaycanın və Polşanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Prezident İlham Əliyev Polşa əsgərlərini salamladı.
Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçdilər.
Prezidentlər birgə foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşdü.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.
Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşıladılar.
//AZƏRTAC