Millət vəkili “İlin alimi” beynəlxalq mükafatına və “Eyler” medalına layiq görülübbackend

Millət vəkili “İlin alimi” beynəlxalq mükafatına və “Eyler” medalına layiq görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru professor Eldar Quliyev “İlin alimi” adlı beynəlxalq mükafata və “Eyler” medalı ilə təltif olunmağa layiq görülüb. Deputat bu mükafatlara Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin 2019-cu il 19 fevral tarixli qərarı ilə təltif edilib.

Qeyd edək ki, dünya iqtisadiyyatının ən aktual sahələrindən biri hesab edilən ərzaq təhlükəsizliyi üzrə monoqrafiyanın və elmi məqalələrin müəllifi Eldar Quliyev bu sahədə uzunmüddətli tədqiqatlarla məşğul olan, ingilis dilində yazılmış “Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı monoqrafiyanın da müəllifidir.

Mükafatların təqdimat mərasimi 2019-cu il aprelin 5-də Berlin şəhərində keçiriləcək.

//Editor.az