Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərin təbliğində fəal rol oynayırbackend

Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərin təbliğində fəal rol oynayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər bir cəmiyyətin dinamikliyini qiymətləndirirəkən gənclərin potensialının necə səfərbər olunmasına, onların müasir qlobal çağırışlara hansı səviyyədə cavab verməsinə xüsusi diqqət yetirilir.

Cəmiyyətin ən dinamik təbəqəsi olan gənclər siyasi, iqtisadi, humanitar, mədəni və digər çağırışlara cavab verməklə həm beynəlxalq inteqrasiya prosesinə mühüm töhfələr verirlər, həm də cəmiyyət daxilində sabitliyin, təhlükəsizliyin, ahəngdarlığın təmin olunmasına xüsusi rol oynayırlar”. Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, müasir dövrdə, qloballaşma şəraitində hər bir cəmiyyətin qarşısında duran başlıca vəzifələrdən biri milli-mənəvi dəyərlərin qorunub saxlanması və müasir dəyərlərlə sintez olunmasıdır. Çünki qloballaşma prosesinin geniş vüsət aldığı indiki dövrdə milli-mənəvi dəyərlərin sıradan çıxması və ya “dəyərsizləşmə” sindromunun meydana çıxdığı müşahidə edilir.

“Belə olan halda, milli dəyərlərin qorunması və bunun əsasında gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsi strateji bir zərurətə çevrilir. Bu məsələnin Azərbaycan təcrübəsinə gəlincə, dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin mənimsənilməsində, həm də təbliğində aktiv – dinamik təbəqə kimi çıxış edir. Əlbəttə, burada mədəniyyətin, tarixi dəyər və zənginliklərin beynəlxalq miqyasda təbliğ olunması da mühüm istiqamətlərdən biridir. Əsas məsələ isə budur ki, Azərbaycan gəncliyi bu kontekstdə dövrün tələb və reallıqlarına uyğun surətdə çevik və səmərəli fəaliyyət mexanizmi ilə milli inkişafa töhfələr verməlidir”-deyə S.Orucov qeyd edib.

//Editor.az