Arif Hacılının “Cəhənnəm Bəkçisi” – Müsavat başqanı “tərəfdarlarını” necə aldadır?backend

Arif Hacılının “Cəhənnəm Bəkçisi” – Müsavat başqanı “tərəfdarlarını” necə aldadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsavat Partiyasının başqanı Arif Hacılının “Facebook” sosial şəbəkəsində saxta adla istifadə etdiyi ortaya çıxıb. İsveçrənin Bern şəhərində yaşayan azərbaycanlı Laçın Məmişov Müsavat başqanının hazırda sosial şəbəkədə istifadə etdiyi səhifənin saxta olduğunu faktla sübut edib.

Ən maraqlısı isə Arif Hacılının istifadə etdiyi səhifənin əvvəllər “UA Cehennem Bekcileri” adını daşımasıdır. Bu səhifə 2012-ci ilin 21 yanvar tarixində açılıb, 2016-cı ildə adı “Arif Hacili” olaraq dəyişdirilib, 10 avqustda isə qrammatik səhvlərə düzəliş edilərək, “Arif Hacılı” qoyulub.

Məmişov yazır: “Paylaşın, başqanınızı tanıyın. Görürsünüz ki, adını düzgün qoymuşam. “Adam” sözün əsl mənasında “Barıqadır” (satılmış). Hətta bunun işlətdiyi “Facebook” səhifəsi də saxtadır. Demək, bu “Barıqa” əvvəl, yəni 4 il “Cəhənnəm Bəkçisi” səhifəsindən gic-gic şeylər paylaşıb, izləyici yığır, sonra olur “başqan”. Başqan seçkilərində “Topaz” kimi səsvermə keçirən, mühacir alveri edən “Barıqa Arif”in daha bir adını da tanıyın: “Cəhənnəm Bəkçisi”.

Məmişov Müsavatın Avropa Koordinasiya Mərkəzini (AKM) “süpürgə kooperativi” adlandırıb. Qeyd edib ki, Arif Hacılını yeri cəhənnəmdir və özü ilə çox “yoldaşları” aparacaq, həmçinin, Avropada AKM adı ilə tanınan “süpürgə kooperativi” də.

Sonda Məmişov Arif Hacılıya xitabən “sən nə üzlə camaat üzünə çıxırsan” deyib.

Bu xitabdan çıxış edərək, Müsavat başqanının bu fakt qarşısında doğrudan da nə deyəcəyi və bundan sonra “siyasi mübarizə” haqqında necə danışacağı maraqlıdır. Çünki bu fakt Azərbaycan müxalifətinin hazırda mövcud olan kiçik elektoratının da əslində “hava şarından” və onların “arxamızca on minlər gəlir” dediklərinin sosial şəbəkələrdə “texniki hiylə” ilə topladıqları virtual şəxslərdən ibarət olduğunu təsdiqləyir.

Arif Hacılının sosial şəbəkə hiyləsini anlamaq üçün müxalifətin virtual aləmə transferi dövrünə ekskursiya etmək lazımdır. 2005-ci ildən sonra müxalifətdə siyasi partiyaların son qalıqları olan rayon təşkilatları da “domino effekti” ilə dağıldı. Buna səbəb 2003-cü il hadisələri və bu hadisələrdən sonra müxalifət liderlərinin tərəfdarlarını şəxsi ambisiyalarına qurban verməsi idi. Bu hadisələrə paralel olaraq, Azərbaycanda sosial şəbəkələrin populyarlıq qazanması prosesi müşahidə olunurdu və müxalifət çıxış yolu kimi virtual aləmə keçidi seçdi. Misal üçün, AXCP sədri Əli Kərimlinin ətrafındakı şəxslərin hər biri partiya rəhbərliyinin tapşırığı ilə yüzlərlə “fake profil” yaratdılar və Əli Kərimlinin paylaşımlarının altında bu saxta profillərlə “bəy tərifinin” edilməsi təcrübəsi də həmin dövrdən başlandı. Hətta müxalifət nümayəndələri dəfələrlə bildiriblər ki, bu gün məşhurlaşan “trol” kəlməsini Azərbaycana ilk dəfə AXCP sədri gətirib. Ə.Kərimli “trol siyasəti” ilə təkcə özünü “bəy tərifi” etdirmir, həm də iqtidar və müxalifətdəki digər siyasi partiyalardan onu tənqid edənlərə qarşı “total hücum” təşkil edirdi. Bu hücumlar bu gün də daha genişləndirilmiş formada davam edir. AXCP-nin sosial şəbəkələrdə “trol siyasəti” digər siyasi partiyaları “müxalifətdə liderlik” yarışında geridə qoyurdu və onlar, xüsusilə tarix boyu cəbhəçilərlə “mehriban düşmən” olan Müsavat analoji siyasətə üz tutdu. Müsavat bu prosesə bir qədər gec başladığı üçün hələ də AXCP-yə çatmayıb, lakin müəyyən baza formalaşdıra biliblər.

4 il “Cəhənnəm Bəkçisi” olandan sonra “Arif Hacılı” olan Müsavat başqanının bu addımı virtual müxalifətçilik fonunda aydınlaşır. Çünki Müsavat başqanı öz adı ilə səhifə yaratsaydı, maksimum öz ətrafı və parçalanmış Müsavatdan ona qalanlar dəstək olacaqdı. Lakin “Cəhənnəm Bəkçisi” kimi kütlənin diqqətini cəlb edən adın seçilməsi və orada siyasətdən başqa hər şeyin paylaşılması ilə auditoriyanın toplanması gedişi 4 il sonra Müsavat başqanının virtual aləmdə “böyük kütlə ilə meydana çıxması”nı təmin etməyə hesablanıb. Arif Hacılı buna nail oldumu? Bu sualın cavabı birmənalı deyil, çünki de-fakto “Arif Hacılı” adlı səhifənin “izləyiciləri” bu sualın cavabını “bəli” olduğunu göstərir, lakin yenə de-fakto olaraq bu saxtadır. Burada əsas sual “Müsavat başqanının bununla kimi aldatmasıdır”. Özünümü, müsavatçılarımı, müxalifət cameəsinimi, yoxsa xalqı? Burada Laçın Məmişovun Arif Hacılını ifşa etməsi ilə bağlı paylaşımına rəy bildirən Samir Hüseynzadə adlı istifadəçinin sözləri diqqət çəkir.