“İnstagram”ın həkim və kosmetoloqlarının yalanları – Sizi belə aldadırlar (FOTOFAKT)backend

“İnstagram”ın həkim və kosmetoloqlarının yalanları – Sizi belə aldadırlar (FOTOFAKT)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadınların gözəlləşmək istəyi illərdir ki, var. Xanımlar hər zaman baxımlı, gözəl görünmək üçün pul və zaman xərcləyirlər. 

Gözəlləşmək üçün xanımlarımızın üz tutuduğu yerlər sırasında ilk növbədə gözəllik salonları, kosmetloqlar, plastik əməliyyat üzrə mütəxəssislər və sonda idman zalları gəlir. Bu sahədə gəlirin olması peşəkarlarla yanaşı fırıldaqçıların da peydə olmasına yol açır.

Minval.info xəbər verir ki, bir çoxlarının sosial şəbəkə olan “İnstagram”ı axtarış sistemi kimi istifadə etməsi, burada da hər gün  yeni bir “kosmetloq”un, “həkim”in, gözəllik üzrə “mütəxəssis”in yaranmasına səbəb olur. Onların böyük hissəsinin diplomu belə yoxdur və ya evdən çıxmadan diplom alıblar. Nə üzrə diplomları olmasa da, bəzilərinə aldatmaq üzrə mütəxəssis olduqları üçün diplom vermək olar.

Belə ki, kosmetoloqlar, həkimlər və digələri bəzən uğurlu işlərini paylaşır, bununla özlərinə yeni müştərilər cəlb edirlər. Amma aralarında elələri də var ki, internetdən götürdükləri fotoları paylaşaraq, öz əl işləri kimi göstərirlər. Bu zaman onlar saxta “instagram” hesabı açaraq, özlərinə tərif dolu mesaj yazıb, foto göndərirlər. Sonra bu yazışmanın fotosunu “kosmetloq” paylaşıb, “Daha bir möhtəşəm işim” yazır.

Bunlardan bir neçəsi elə sosial şəbəkədə ifşa edilib.

Nübar Mahmudzadə

 

Nübar Mahmudzadə adlı kosmetoloq “instagram” hesabında müştərisi ilə yazışmasını paylaşıb. Amma məlum olub ki, müştəri deyə təqdim etdiyi xanım mövcud deyil. Göndərilən foto da Kazanda yaşayan, ümumiyyətlə Azərbaycana aidiyyatı olmayan Kamilla Fardeeva adlı xanıma məxsusdur və “müştəri” kimi təqdim edilən foto həmin paylaşımdan aylar öncə çəkilib. Qısacası, kosmetoloq insanları aldadıb və bu hadisə ortaya çıxandan sonra paylaşımı silib. Qeyd edək ki, Nübar xanımın saxta müştərilərinin sayı heç də az deyil.

“Laser Beauty Clinic Baku” adlı mərkəz də oxşar üsula əl atıb. Özlərinin “Robolex” adlı aparatlarını tərifləmək və həqiqətən də faydalı olduğunu sübut etmək üçün 2 milyondan çox izləyicisi olan fitness səhifəsindən foto götürüb, öz adlarından paylaşıblar. Guya bu şəxs onlara müraciət edib və “Robolex” cihazı ilə istədiyi görüntüyə qovuşub. Amma həmin fotodakı şəxs aylarla idman salonunda məşq edib, əziyyət çəkib və ümumiyyətlə bu klinik mərkəzə aidiyyatı yoxdur.

Plastik, estetik və rekonstruktiv cərrah Alif Hüseynzadə də yalana əl atanlardan biri olub. Xəstəsinin məliyyatdan sonra arıqladığını sübut etmək üçün onun əvvəlki və sonrakı halının fotosunu paylaşan həkim, fotoşopa da əl atıb. İkinci fotoda fotoşop izləri aşıq-aşkar görünür.

Bu kimi hallar həddən artıq çox yaşanır. Saxta hesablar açıb, özünü şərhdə tərifləyən, müxtəlif nağıllar uydurub peşəkar olduğunu sübut etməyə çalışan, diplomsuz kosmetloqlara aldanmamaq üçün sadəcə bir az diqqətli olmaq lazımdır.

Minval.info