İtkin düşən “bomj”un meyiti çaydan tapıldı – Azərbaycandabackend

İtkin düşən “bomj”un meyiti çaydan tapıldı – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəranda çaydan meyit tapılıb.
Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Veravul kəndində baş verib.
Kənd sakini Şamo Hacıyev martın 11-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ailə üzvlərinin axtarışları zamanı Ş.Hacıyevin meyiti martın 12-də kənd ərazisindəki qəbiristanlığın yaxınlığındakı çaydan tapılıb.
Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, meyitin üzərində xəsarət izləri aşkarlanmayıb.
Ailə üzvləri bildirib ki, Ş.Hacıyev spirtli içki aludəsi imiş və tüfeyli həyat tərzi keçirirmiş.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.