Elton Məmmədov Rusiyada mükafata layiq görüldübackend

Elton Məmmədov Rusiyada mükafata layiq görüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən Tomsk Dövlət Memarlıq və İnşaat Universitetində «Elm həftəliyi»nin açılış mərasimi baş tutub.
Tədbirdə giriş nitqi söyləyən Tomsk vilayətinin qubernator müavini Yevgeniy Parşuto iştirakçıları salamlayıb. O bildirib ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən, Azərbaycan, İtaliya və Rusiyanın digər şəhərlərindən qonaqlar iştirak edir. Tədbirin xüsusi əhəmiyyətini vurğulayan Y.Parşuto bu cür tədbirlərin dünya alimləri arasında əlaqələrin inkişafına böyük tövhə verdiyini diqqətə çatdırıb:
Azərbaycan Texniki Universitetinin professoru və Tomsk Dövlət Memarlıq və İnşaat Universitetin «fəxri professoru» Elton Məmmədov «Binaların ekologiya təhlükəsizliyi» mövzusunda geniş mühazirə oxuyub.
Yaradılan şəraitə görə, konfransın təşkilatçılarına təşəkkür edən professor Elton Məmmədov söyləyib ki, əldə olunan təcrübələri bölüşmək baxımından tədbirin önəmi böyükdür:
«Ətraf mühitin davamlılığının yaxşılaşdırılması innovativ və sosial cəhətdən əhəmiyyətli bir elementdir. Konkret olaraq mən bu istiqamətdə Azərbaycanda həyata keçirilən layihələri xüsusi vurğulaya bilərəm. Sevindirici haldır ki, Azərbaycan eko-inkişafa keçid edərək, ortaya yaxşı bir model qoymağı bacarıb».
Azərbaycanda günəş enerjisini birbaşa elektrik cərəyanına çevirən günəş panellərinin olmasından danışan professor E.Məmmədov qeyd etdi ki, Bakıda Azərbaycan Diplomatik Akademiyası, «Fairmont Baku», «Baku White City» yaşayış kompleksi və digərləri buna bariz nümunədir:
«Bütün hallarda həyat keyfiyyətini yüksəltmək üçün «yaşıl» qurğuların rolu böyükdür. Hətta deyərdim ki, qənaətli enerji rejiminə keçmək məhz bundan asılıdır. Azərbaycanda bu çox yüksək səviyyədə həyata keçirilir və əldə olunan nəticələr bu qurğunun üstün cəhətlərini əyani şəkildə sübut edir».
Tomsk Dövlət Memarlıq və İnşaat Universitetində «Elm həftəliyi» mart ayının 12-dən 15-nə qədər davam edəcək. Həftəlik çərçivəsində tikinti sahəsinə aid universitetlərarası tələbə olimpiadaları və müsabiqələri, Azərbaycan, İtaliya və Rusiyanın digər şərəhlərindən təşrif buyurmuş alimlərin mühazirələri və biznes yarışması təşkil olunacaq.
Tədbir çərçivəsində Azərbaycan Texniki Universiteti ilə Tomsk Dövlət Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Qarşılıqlı diplomların tanınmasını, universitetlərin alimləri arasında təcrübə mübadiləsinin aparılmasını, hər iki ölkəyə səfərlərin təşkilini nəzərdə tutan memorandumu Azərbaycan tərəfindən Azərbaycan Texniki Universitetinin professoru Elton Məmmədov imzalayıb.
İki ölkə arasında elmi əlaqələrin inkişafındakı xidmətlərinə və əldə etdiyi elmi nəticələrə görə, professor Elton Məmmədov xüsusi mükafata layiq görülüb.
Azər Niftiyev, AZXEBER.COM