Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıbbackend

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.

Məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.

//AZƏRTAC