Qırğızıstan prezidenti Azərbaycana gələcəkbackend

Qırğızıstan prezidenti Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Azərbaycana səfərə gələcək. 
Editor.az xəbər verir ki, bu barədə ölkə başçısı Bişkekdə səfirlərlə görüşündə özü məlumat verib.
“Azərbaycan, Almaniya, İsveçrə, Fransa və Macarıstana rəsmi səfərlərimə hazırlıqlar gedir”, – deyə o bildirib.
O bildirib ki, səfər zamanı həmin ölkələrlə ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlıq möhkəmlənəcək.