İranda qaz kəməri partladı: ölənlər varbackend

İranda qaz kəməri partladı: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın cənubunda yerləşən Xuzistan vilayətinin Əhvaz-Mahşəhr magistral yolunun kənarında qaz boru kəməri partlayıb.

Bunu İranın Xuzistan vilayəti Əhvaz rayonu qubernatoru Camal Aləmi Nisi deyib.

A.Nisinin sözlərinə görə, yanğın nəticəsində 5 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Qubernator əlavə edib ki, yanğında həmçinin su tankeri və avtobus yanıb.

A.Nisi hadisənin terror aktı olmadığını, qaz sızması nəticəsində baş verdiyini bildirib.

//Trend