DEMET AKALINI 120 MİN DOLLARA BAKIYA GƏTİRƏN MƏMUR… – Bəzi təfərrüatlar

02:08 | 15 Mart, 2019

Bir müddət öncə Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya sünnət toyuna gəlib.

ifaçı Böyük saray restoranında baş tutan məclisdə mini konsert verib və ev sahibi Gülü Şəmşirliyə təşəkkür edib. Demetin kim tərəfindən dəvət alması, tələb etdiyi qonorar müzakirə mövzusuna çevrilib. Çünki sözügedən müğənni Türkiyənin ən məşhur və böyük məbləğdə qonorarlarda adı hallanan sənətçilərindəndir.

cavid-qurbanovOnu Azərbaycana gətirən məmurla bağlı isə müxtəlif müzakirələr gedir. Belə ki, Demetin adını hallandırdığı Şəmşirliyə gəlincə Azərbaycanda tək məşhur Şəhriyar Şəmşirlidir ki, o da Abşeron rayonunun polis rəisidir. Şəhriyar “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun qardaşıdır. Onların analarının adı isə Gülüdür.

Onu da qeyd edək ki, Demetin Azərbaycana 120 min dollar qonorar qarşılığında gəldiyi deyilir.

//Posta.az