Bu ərazilərdə işıq olmayacaq

10:36 | 15 Mart, 2019
Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
“Azərişıq” ASC-dən Editor.az-a verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.