Məscid faciəsinin baş verdiyi ölkədə 2 yerdə partlayışbackend

Məscid faciəsinin baş verdiyi ölkədə 2 yerdə partlayış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni Zellandiyada iki yerdə partlayış baş verib.

Sputniknews-un son dəqiqə xəbərinə görə, Yeni Zellandiyanın Oklend şəhərində iki yerdə – dəmiryol stansiyasının və ticarət mərkəzinin yaxınlığında partlayış səsi eşidilib.

Yeni Zelandiyanın baş naziri Casinda Ardern məsələ ilə bağlı açıqlama verərək hadisənin terror olduğunu söyləyib. O, həmçinin bildirib ki, məsciddəki gülləbaran nəticəsində həlak olanların sayı 40-a çatıb.

Qeyd edək ki, bu gün Yeni Zellandiyada “Əl Nur” məscidində ibadət edənlərə atəş açılıb. Silahlı şəxslər Kraystçörç şəhərinin Dins Avenyu və Linvud Avenyu küçələrindəki iki məscidə soxularaq atəş açmağa başlayıblar. Gülləbaran gündüz namazından sonra törədilib, 40 nəfər öldürülüb.

//Editor.az