Akif Əlidən vəzifədən azad olunmasına münasibət – ” Yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”backend

Akif Əlidən vəzifədən azad olunmasına münasibət – ” Yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifədən azad olunması barədə xəbərə münasibət bildirib.
O, “Report”a açıqlamasında Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməsi üçün müraciət etdiyini deyib: “Bir müddət əvvəl cənab Baş nazirdən təqaüdə göndərilməyim üçün xahiş etmişdim. O da müvafiq qərar verdi. Bundan sonra sırf yaradıcılıq fəaliyyəti ilə məşğul olacağam”.
Qeyd edək ki, A.Əlinin təqaüdə göndərilməsi barədə xəbəri ilk olaraq Modern.az saytı yayıb.