“Gənclər sülhün gələcəyi kimi” adlı layihəsini həyata keçirildibackend

“Gənclər sülhün gələcəyi kimi” adlı layihəsini həyata keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azəri Yurdu” Gənclər İctimai Birliyi gənclərin fəaliyyətini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən gənclər təşkilatıdır.
Təşkilat olaraq əsas prioritet məsələ bu istiqamətdə fəaliyyət göstərən bütün dövlət qurumları, qeyri-hökümət təşkilatları və gənclər təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirmək, mövcud əməkdaşlıqları artırmaq və bununla da Azərbaycanın Gənclər Siyasətinə birgə töhvə verməkdir.
“Azəri Yurdu” Gənclər İctimai Birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər sülhün gələcəyi kimi” adlı layihəsini həyata keçirir. Layihənin məqsədi cəbhəboyu rayonlarda gənclərin sülh yaradıcılığında rolunun artırılması və fəallığının təmin olunmasıdır. Layihənin məqsədi münaqişələrin araşdırılması, оnların baş vеrmə səbələrinin öyrənilməsi və bu münaqişələrin həll еdilməsində gənclərin rоlunun müəyyənləşdirilməsidir. Layihənin əsas vəzifəsi gənclərin diqqətini Azərbaycandakı tolerantlığa və mədəni müxtəliflik sahəsində mövcud olan əmin-amanlığa cəlb etmək, yerli müstəvidə gənclər arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə töhfə verməkdir.
Layihə çərçivəsində 17-22 dekabr tarixlərində Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarını təmsil edən 30 fəal gəncin iştirakı ilə Bərdə şəhərində təlim proqramı keçirilmişdir. Heydər Əliyev Mərkəzində keçirilən Təlim proqramında təcrübəli təlimçilər tərəfindən cəbhəboyu bölgələrdən olan gənclərə qeyri-formal təhsil metodları ilə sülh quruculuğu və konfliktlərin həlli mövzusunda təlimlər keçirilmişdir. Təlim proqramı nəticəsində cəbhəyanı bölgələrdən olan gənclər münaqişələrin öyrənilməsi, təhlili, idarə оlunması qaydaları, münaqişə tərəfləri arasında vasitəçilik, danışıqlar və оnların aparılmasında gənclərin rоlu, sülh quruculuğu və mədəniyyətlərarası təhsil və s bu kimi mövzular üzrə praktiki biliklər əldə etmişdir. Təlim proqramı təcrübəli təlimçi Əlibaba Əliyev tərəfindən aparılmışdır. Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunmuşdur