İrəvandan növbəti həyasızlıq: Madrid prinsipindən imtina…backend

İrəvandan növbəti həyasızlıq: Madrid prinsipindən imtina…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvan və Xankəndi Qarabağ konfliktinin həlli prosesi ilə bağlı bir neçə mövqe və yanaşmanı müzakirə edir.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib. O, Ermənistanın danışıqlar prosesindəki rolundan imtina etmədiyini və Qarabağın təhlükəsizliyinin yeganə qarantı olaraq qalmaqda davam etdiyini bildirib.

Mnatsakanyan həmçinin qondarma rejimin Madrid prinsiplərindən imtinası istəyinin “onların öz mövqeyi” olduğunu deyib.

Qeyd edək ki, bundan öncə qondarma “dqr”in “xarici işlər naziri” Masis Mailyan Madrid prinsiplərinin köhnəldiyini və ondan imtina olunması gərəkdiyini bildirib.

//Axar.az