Esyen: “”Səbail”də oynayan məşqçi olacam”backend

Esyen: “”Səbail”də oynayan məşqçi olacam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Səbail”lə müqavilə imzalamaq üçün Bakıya gəlmiş ulduz futbolçu Maykl Esyen Azərbaycan Premyer Liqasının XXI turunun görüşünü izləyib.

O, Bayıl qəsəbəsində keçirilən “Səbail” – “Qarabağ” matçını (1:2) tribunadan izləyib.

36 yaşlı qanalı yarımmüdafiəçi qarşılaşmadan sonra fikirlərini bildirib. Müqavilə bağlanmasının “Səbail” rəhbərliyi ilə görüşdən sonra alacağını bildirən “Çelsi”nin sabiq futbolçusu izlədiyi oyun barədə danışıb:

“Çox yaxşı oyun idi. “Səbail” uduzmasına baxmayaraq, gərgin matç izlədik. Bu nəticə isə “Qarabağ”ın təcrübəli olması ilə əlaqəlidir.

Çempionlar Liqasında qalib olduğum günlər keçmişdə qalıb. Bunu unutmaq lazımdır. Futbolçuyam və oynamaq istəyirəm. Bakıya gəlişimdə “Səbail”in icraçı direktoru Ramil Həsənovla klubun gələcək planlarından danışmışdıq. Bu da məni cəlb etdi.

2017-ci ildə İndoneziyanın “Persib” klubundan ayrıldıqdan sonra bir neçə təklifim olmuşdu. Əsas təkliflər Avstraliya çempionatından idi. Ancaq ora çox uzaq olduğu üçün rədd etmişdim. Qısa fasilə götürmüşdüm. “Çelsi”də U-16 komandasında məşqçi kimi çalışırdım. İndi isə “Səbail”də oynayan məşqçi kimi həm də bu klubun U-19 komandasına köməklik edəcəyəm”.

Daha sonra Esyen uyğunlaşmaq üçün vaxta ehtiyacının olmadığını bildirib:

“Həyatımda çox futbol görmüşəm, bundan da sürətli oyunlara şahidlik etmişəm. Fikrimcə, Azərbaycan çempionatında oynaya bilərəm.

Futbolçuyam və oynamaq istəyirəm. “Səbail”in planları məni cəlb etdiyindən bura gəldim. Reklamı və digər şeyləri düşünmürəm.

Xüsusi tələbim yoxdur. Əsas istəyim gənc futbolçularla təcrübəmi bölüşməkdir”.

//oxu.az