“Aparıcı olduğum üçün məni almırdılar” – Çiçəkbackend

“Aparıcı olduğum üçün məni almırdılar” – Çiçək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Çox mənasız söhbətdir. O şeydən mən də əziyyət çəkmişəm, artistlik etməyim”.
Bu sözləri Çiçək ləqəbli aparıcı Şəhla Vakkas “X maqazin”də açıqlamasında deyib. O bildirib ki, bir vaxtlar aparıcı olduğu üçün onu alamırmışlar:
“Kimsə məni istəyirdi, deyirdilər, aparıcıdı onu almayın. Ağlayırdım, deyirdim, atam düz deyirmiş, kaş aparıcı olmazdım. Əgər mənim oğlum müğənni istəsə, alaram. Amma hər şeyini araşdıraram”.
Çiçək oğlu Vakkasdan da bəhs edib. O, övladının ona tutduğu uradı da açıqlayıb:
“Oğlum mənə deyir ki, məktəbə iclasa gələndə ana kimi geyin. Çox vaxt şalvar-kofta geyinirəm. Oğlum isə bəyənmir. O, “ana kimi” geyin deyəndə, mənim anamı nəzərdə tuturdu. Deyir, uşaq kimi geyinmə”.
///Axşam.az-