Keçmiş arvadını başqa kişi ilə öpüşdüyünə görə öldürən kişi hökmdən narazıdır – Azərbaycandabackend

Keçmiş arvadını başqa kişi ilə öpüşdüyünə görə öldürən kişi hökmdən narazıdır – Azərbaycanda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Həyat yoldaşını və qayınanasını qətlə yetirməkdə təqsirli bilinən İsmayılov Ramin Səfər oğlu Bakı Apelyasiya məhkəməsinə şikayət edib.
Editor.az ölkə.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin şikayətinə mart ayının 19-da  Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə baxılacaq.
Qeyd edək ki, dəhşətli qətl hadisəsi 2018-ci il may ayının 21-də Xətai rayonu Nahimov küçəsindəki evlərdən birində törədilib. Mənzildə 1954-cü il təvəllüdlü Ətir Şirinova və qızı, 1987-ci il təvəllüdlü Günay İsgəndərovanın üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitləri aşkar edilib. Qadınların cəsədini Ətir Şirinovanın evə qayıdan oğlu aşkarlayıb. Qətlin Günay İsgəndərovanın keçmiş həyat yoldaşı İsmayılov Ramin Səfər oğlunun törətdiyi məlum olub. Qanlı hadisəni törətməkdə şübhəli bilinən şəxs daha sonra Ağdam rayonuna gedərək orada polisə təslim olub.
Məhkəmədə ifadə verən Ramin İsmayılov deyib ki, 2006-cı ildə rəsmən boşanıb:
“Mən oğlumla Ağdama getmişdim, atamın səhhətinə problem var idi. Sonra Bakıya qayıtdım, qaldığımız evə getdim. Arvadım anasının yanında Xəyyamla öpüşürdü. Mən tez oğlumu evdən çıxarıb başqa yerə aparıb qoydum, sonra evə qayıtdım. Dedim, bu, nə hərəkətdir, edirsən. Dedi, Xəyyam mənim sevgilimdi. Anası da dedi, qızımın şəxsi həyatıdır, özü bilər. Öyrəndim ki, artıq onların dini kəbini də var”.
Ramin İsmayılov qeyd edib ki, həyat yoldaşının başqa adamla münasibətdə olduğunu öyrənib:
 “Günayla Xəyyamın cinsi əlaqədə olduğunu bildim. Həmin an özümdən çıxdım, sobanın içindən bıçağı götürdüm. Günay telefona tərəf qaçanda bıçaq qarnına batdı, anası da araya girəndə bıçaq boğazını kəsdi. Sonra nə etdiyimi xatırlamıram.
Bir də özümə gəldim ki, “Avtovağzal”dan rayona gedirəm. Ağdama gedib atamgillə sağollaşdım, çay içdim. Sonra polislər gəldi, onlarla getdim. Oğluma görə peşmanam, gərək etməzdim. Amma mənim namusuma toxunmuşdu”.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə Ramin İsmayılov ömürlük azadlıqdan məhrum edilib.