backend

Ərdoğan: “Türkiyə Suriyada daha bir hərbi əməliyyat keçirməyə hazırdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin sərhədlərinə təhlükə yaranarsa, Suriyanın şimalında daha bir hərbi əməliyyat keçirməyə hazırıq”. Bunu Rusiyanın “İzvestiya” nəşrinə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“Hazırda Suriyada mənfi proseslər baş verməkdədir. Əgər bu Türkiyənin sərhədlərinə təhlükə yaradacaqsa, biz “Fərat qalxanı” əməliyyatı zamanı olduğu kimi reaksiya verəcəyik”, – deyə prezident qeyd edib.
Ərdoğan əlavə edib ki, Ankara bundan əvvəl Mənbic və Rəqqa şəhərlərini terrorçulardan azad etməyi təklif etmişdi, lakin qərb tərəfdaşlar kürd terror qruplaşmalarını dəstəkləməyə üstünlük veriblər.
//APA