Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”backend

Ülvi Quliyev: “Prezident gəncləri əfv etməklə onlara şans verdi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin son əfv sərəncamı nəinki cəmiyyətdə, ölkə xaricində də yüksək qiymətləndirilir. Türkiyə mediasında dövlət başçısının bu addımı xalqa bayram hədiyyəsi kimi təqdim olunur.

Əfv olunanlar içərisində xeyli sayda gənclər də var idi. Ümumən gənclərin bu məsələyə münasibəti necədir?

Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev Modern.az saytının sualına cavab olaraq bildirib ki, Cənab Prezident İlham Əliyevin apardığı siyasət bütünlüklə Azərbaycan vətəndaşlarının rifahının daha da yüksəldilməsinə xidmət edir.

“Heç şübhəsiz ki, xeyli gənc bu sərəncamdan yararlanaraq həbsdən azad olundular. Onlar, bütövlükdə Azərbaycan gəncliyi Prezidentimizin bu humanist addımını yüksək qiymətləndirirlər. Dövlət başçısının imzaladığı sənədlə 431 məhkumun azadlığına qovuşması “Öz xalqına xidmət etmək siyasəti”nin tərkib hissəsi, humanizmin göstəricisidr.

Bu humanistliyin nəticəsində yalnız əfv olunan insanlar deyil, onların ailə üzvləri, doğmaları, yaxınları da sevinir.

Əfv sərəncamının verilməsi bir daha vətəndaş və dövlət münasibətlərinin ali səviyyədə olduğunu göstərdi, bu münasibətlərin daha da möhkəmlənməsinə yol açdı. Hər bir vətəndaş bir çox məsələlərdə dövlətinin, onun başçısının qayğısını hiss edir. Bu çox təqdirəlayiq haldır”.

Komitə sədri qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir, hər şey qanunlarla idarə olunur:

“Hər bir cinayət əməli yanlış addımdır. Eyni zamanda, cinayət törədən şəxsə hər hansı cəzanın verilməsi də zəruridir.

Cənab Prezident məhkumları əfv etməklə onlara şans verdi. Bir daha qeyd etmək istərdim ki, azadlığa qovuşan məhkumlar arasında gənclər üstünlük təşkil edir. Bu gənclərin bağışlanaraq cəmiyyətə inteqrasiya olunmasının özü bir şansdır. Bu şansı yüksək dəyərləndirmək o gənclərin gələcək həyatlarında mühüm rol oynayacaq. Hər bir gənc təhsilə maraqlı olmalıdır. Çünki uğurlu həyata, işıqlı gələcəyə gedən yol təhsil pilləsindən keçir. Təhsilli gənclər isə təbii olaraq zərərli vərdişlərdən uzaq olurlar. Hesab edirəm ki, gənclərimiz onlara verilən bu şansdan istifadə edərək, gələcək həyatlarını qurmalıdırlar. Bu sərəncam o gənclərin hər birinin həyatında yeni səhifə açır. Xüsusilə sağlam düşüncəyə və sağlam həyat tərzinə sahib olmaq üçün gənclərimizin asudə vaxtlarının səmərəli şəkildə təşkil edilməsinə hər birimiz dəstək olmalıyıq. Bunun üçün Azərbaycanda həm şərait, dəm də dövlət dəstəyi var. Gənclərimizin üzərinə düşən yük onlara verilmiş şansı doğru dəyərləndirməkdir. Mən gənclərimizi bu istiqamətdə işləməyi, dövlətimizə, Prezidentimizə sədaqətli olmağa səsləyirəm”.

//Editor.az