Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcəkbackend

Qazaxıstan lideri ilk səfərini bu ölkəyə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında ən yaxın zamanda Rusiyaya rəsmi səfər etməyə söz verib.

Bu haqda martın 21-də Kremlin rəsmi internet səhifəsində informasiya yayılıb.

“Rusiya- Qazaxıstan arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində sıx əməkdaşlıq və Kasım-Jomart Tokayevin ən yaxın zamanda Rusiya Federasiyasına səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.”, -deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, martın 19-da, 1990-cı ildən bəri Qazaxıstanın başında olmuş Nursultan Nazarbayev istefa verdiyini elan edib. O prezidentlik müddəti bitənə qədər, səlahiyyətlərinin icrasını parlamentin yuxarı palatasının sədri Kasım-Jomart Tokayevə həvalə etdiyini vurğulayıb.

//oxu.az