İran XİN rəhbəri Türkiyəyə gedirbackend

İran XİN rəhbəri Türkiyəyə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Yeni Zelandiyada məlum terror aktından sonra iranlı nazir hazırda İƏT-ə rəhbərlik edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya təşkilatın növbəti toplantısının keçirilməsi ilə bağlı çağırış edib.

Martın 22-si Türkiyə xarici işlər nazirinin sədrliyi ilə İƏT-in nazirlər səviyyəsində Təcili İcra Komitəsinin iclası keçiriləcək. İclasa BMT, Aİ və ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.

//Trend