Bakıda idarəetməni itirən xanım sürücü qəza törətdi – XƏSARƏT ALDI

13:25 | 23 Mart, 2019

Bakıdakı tunellərin birində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ziya Bünyadov prospektinin Nərimanov rayonundan keçən hissəsində olub.

Aysel Məmmədovanın idarə etdiyi “BAİC” markalı avtomobil tuneldə idarəetməni itirib və yol ayrıcındakı betona çırpılıb.

A.Məmmədova bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə çağrılmış təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Deformasiyaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib.

//ONA