Gəncə-Bakı qatarının reysində dəyişiklik edildibackend

Gəncə-Bakı qatarının reysində dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib.

QSC-dən verilən məlumata görə, 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir.

Qeyd edək ki, qatar Gəncədən saat 18:00-da yola düşəcək və Bakıya saat 22:15-də çatacaq.

//Milli.Az