Poroşenko arxayındır: İkinci dönəmə hazırlıq

17:30 | 23 Mart, 2019

Deyə bilərəm ki, öz qələbəmə tamamilə arxayınam.

Bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko 31 martda keçiriləcək prezident seçkiləri ilə bağlı açıqlamasında deyib.

“Mən ölkədə çox gəzirəm. İnsanlarla görüşürəm, Ukrayna xalqının göstərdiyi dəstəyi və məsuliyyəti hiss edirəm”, – deyə prezident bildirib.

“Seçkilərdə digər bir namizədin qələbəsini qəbul etməyə hazırsınızmı?” sualına Poroşenko belə cavab verib:

“Ukrayna xalqının qələbəsinə inanıram. Çünki bu düzgün qələbədir. Bu, Ukranya xalqının qələbəsidir”.

//Axar.az