Avropanın mərkəzində təhlükəli vəziyyət: Makron Fransada xalqla ordunu qarşı-qarşıya gətirirbackend

Avropanın mərkəzində təhlükəli vəziyyət: Makron Fransada xalqla ordunu qarşı-qarşıya gətirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada “Sarı jiletlilər” etiraz aksiyalarının 19-cu həftəsində yenidən küçəyə çıxıblar. Baki-xeber.com xəbər verir ki, bununla yanaşı hakimiyyət də həssas nöqtələri qorumaq üçün öncədən elan etdiyi kimi ordunu hərəkətə gətirib.

Aylar öncə yanacağın bahalaşmasına qarşı başlayan, sonradan prezident Emmanuel Makron hakimiyyətinin yarıtmaz siyasətinə qarşı geniş etirazlara çevrilən aksiyalar davam edir.

Hakimiyyət isə, “Sarı jiletlilər” aksiyalarını dayandırmaq üçün getdikcə daha da sərtləşir və daha çox avtoritar siyasət sərgiləyir.

Makron “Sarı jiletlilər”ə qarşı polisin yükünü azaltmaq və həssas bölgələrə yerləşdirmək iddiası ilə 7000-10000 arasında əsgəri səfərbər etdiyini bildirmişdi. Bundan başqa, orduya etirazçılara atəş açmaq icazəsi verilib.

Fransa mediası ordunun 70 il sonra ilk dəfə öz xalqı ilə üz-üzə gəldiyini bildirir. Bunlar 1947 və 1948-ci illərdəki böyük tətillərdən sonra Fransada ilk dəfə yaşanır.

Hakimiyyətin bu cür sərt tədbirlərə əl atması isə sərt reaksiyalara səbəb olub. Prezident Makronu “sərhədsiz və yaddaşsız” adlandıran Fransanın internet qəzeti “Mediapart”, “avtoritar sərsəmlik” kimi xarakterizə etdiyi hazırki durumu sərt tənqid edib.

“Mediapart” portalına açıqlama verən bir general, ordudaki bəzi yüksək rütbəli zabitlərin, hökumətin aksiyaları dayandırmaq üçün atdığı bu cür addımları narahatlıqla qarşıladıqlarını dilə gətirib.

“Əgər nümayişçilər əsgərlərin qoruduğu binalara doğru yönəlsə, nə olacaq? Bundan ya ordu prestijini itirərək çıxacaq və da hakimiyyətin əli ilə gerçəkləşən və bütün məsuliyyətin ordunun üzərinə atılacağı qətliam olacaq” – bunu isə keçmiş hərbçi Mişel Qoya deyib.

Fransada xalqla ordunun qarşı-qarşıya gətirilməsi cəhdi media, insan hüquqları institutları və ölkə ziyalıları tərəfindən də çox sərt tənqid olunur. Bir qrup alim bəyanat yayaraq, hakimiyyəti getdikcə avtoritarlaşmaqda ittiham edib. Etirazçılara qarşı müharibə silahlarından istifadə olunmasına son qoymağa çağıran alimlər, “Sarı jiletlilər”in qanuni addımları ilə həmrəylik içində olduqlarını ifadə ediblər.

//baki-xeber.com