Finlandiya XİN rəhbərini vurmaq istədilər

20:28 | 24 Mart, 2019

Finlandiyanın Vantaa şəhərinin bazarında naməlum şəxs ölkənin xarici işlər naziri Timo Soyniyə hücum etməyə cəhd edib.

Vantaada siyasi partiyalar seçkiöncəsi kampaniya keçirirdi.

Soyni bildirib ki, naməlum kişi onu vurmaq istəyib, lakin tədbirdə olan mühafizə tərəfindən saxlanılıb.

//Trend