ATV-nin aparıcısının evini yardılar – 37 minlik soyğun

21:54 | 24 Mart, 2019

22 mart tarixində ATV-nin idman xəbərləri aparıcısı Vüsal Qurbanovun evinə oğru girib.

Bildirilir ki, oğrular Abşeron rayonunun Mehdiabad qəsəbəsində olan mənzildən 30 min manatlıq qızıl və 7 min manat dəyərində pul götürüb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb. Araşdırma davam edir.

//ATV Xəbər